...

Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib

Siyasət Materials 29 Yanvar 2023 07:49 (UTC +04:00)
Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib

Bakı. Trend:

Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, bu barədə Malayziyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd etməkdə öz qəti mövqeyini bir daha təsdiqləyir və bu mənfur hücumun günahkarlarının tezliklə məsuliyyətə cəlb edilməsinə çağırır.

Malayziya bu hadisə nəticəsində həlak olan şəxsin ailəsinə, eləcə də Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.

Malayziyanın Tehrandakı səfirliyi hadisələri yaxından izləyir və ən son təhlükəsizlik yeniləməsi üçün yerli hakimiyyət orqanları ilə fəal əlaqə saxlayır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti