...

Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq - Şamil Ayrım

Siyasət Materials 4 Fevral 2023 17:06 (UTC +04:00)
Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq - Şamil Ayrım
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər hər gün daha da möhkəmlənir. Türkiyə ilə Azərbaycan dövlət başçıları və xalqları arasında birlik bütün dünyaya örnəkdir.

“Necə ki, Azərbaycan Qarabağ məsələsində qələbə qazandı, Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq. Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan var və Azərbaycanın yanında da qardaşı Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün bir yol xəritəsi çəkdi. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdirirk”, - deyə Ş.Ayrım qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti