...

Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Siyasət Materials 7 Fevral 2023 09:10 (UTC +04:00)
Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə Əminə Ərdoğan tviter hesabında paylaşım edib.

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur”, - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti