...

Fazil Mustafaya sui-qəsd törədən şəxslər tezliklə tapılacaq - Deputat

Siyasət Materials 29 Mart 2023 00:31 (UTC +04:00)
Fazil Mustafaya sui-qəsd törədən şəxslər tezliklə tapılacaq - Deputat
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı .Trend:

Fazil Mustafa həmişə müstəqil mövqeyi ilə fərqlənən bir millət vəkilidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, o həmişə dövlətçi və obyektiv fikirlərini təqdim edən şəxs kimi tanınıb: "Bu gün Kliniki Tibbi Mərkəzə toplaşan deputatlarla yanaşı çoxlu sayda ictimaiyyət nümayəndələri, Fazil bəyin seçiciləri var, ona dəstək nümayiş etdirirlər. Bu həm də ondan xəbər verir ki, Fazil bəyə qarşı olan sui-qəsd cəmiyyət tərəfindən rədd edilir. Onun fikirlərini bölüşənlər bu gün burdadır. Bu məsələ diqqət mərkəzindədir. Hadisəni törədən şəxslər tezliklə tapılacaq və məsələyə hüquqi qiymət veriləcək".

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti