Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Kürrəm şəhərindəki məktəbdə baş verən silahlı insidentlə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə XİN öz "Twitter" səhifəsində bildirib.
"Kürrəmdə məktəbdə baş verən atışma xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmrəyliyimiz və dəstəyimiz qardaş və dost Pakistan İslam Respublikasıyladır", - deyə nazirlik bildirib.