...

Paşinyan Paşinyana qarşı: Moskva göz yaşlarına inanacaqmı?

Siyasət Analytics 8 May 2023 15:22 (UTC +04:00)
Paşinyan Paşinyana qarşı: Moskva göz yaşlarına inanacaqmı?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları arasında keçirilən danışıqlarla müzakirələrdən sonra Nikol Paşinyan Moskvaya "dəvət" alıb. Daha doğrusu, Kreml Ermənistandan son aylardakı meyllənmə və barrajmaralara görə hesabat tələb edəcək

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Bu barədə “Financial Times” adı açıqlanmayan üç rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən rəsmilərdən biri nəşrə açıqlamasında Brüsseldə baş tutacaq görüşün ölkələr arasında önəmli proqresin əlaməti olduğunu deyib.

Nəşrin məlumatında qeyd edilib ki, hər üç liderin daha sonra iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb.

Bu arada bəlli olub ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda keçirilmiş danışıqların nəticələrini ölkə parlamentinə təqdim edə bilər.

Bunu Ermənistan parlamentinin deputatı Armen Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Mirzoyanın parlamentə dəvət olunacağı istisna edilmir və istənilən müzakirənin müsbət olacağını bildirib.

Moskvada danışıqların müzakirə olunub-olunmayacağı və baş nazir Nikol Paşinyanın Moskvaya gedəcəyi ilə bağlı sualı cavablandıran Xaçatryan “belə bir məlumatın olmadığını” bildirib.

Rəsmi Bakıya gəldikdə isə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb.

Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq.

İki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün işçi səfərlə Moskvaya yola düşəcək. İrəvanın yaydığı rəsmi açıqlamaya görə, səfər "baş nazirin təşəbbüsü ilə həyata keçirilir və məqsəd faşizm üzərində qələbənin, 9 May Gününü bayram edilməsi ilə bağlı rəsmi tədbirlərdə iştirakdır".

Nikol Paşinyan administrasiyasının yaydığı bu açıqlama sırf diplomatik ifadələrdən ibarət olmaqla yanaşı, Ermənistan rəhbərliyinin "müstəqil siyasət yürüdərək müstəqil qərarlar verən hakimiyyət" olduğunu göstərməyə yönəlib.

Halbuki situasiya tam əksinədir: Ermənistanın mövcud xarici siyasəti iki güc mərkəzi arasında vurnuxaraq çıxış yolu aramaqdan ibarətdir. Son vaxtlar Qərbə meylləndiyini daha aşkar büruzə verməyə başlamış İrəvan hakimiyyəti eyni zamanda, Rusiya Federasiyası ilə münasibətləri də ifrat soyutmaq istəmir.

Vaşinqtondakı müzakirələrlə görüşlərdən sonra Moskvanın açıqlamaları və Rusiya XİN-nin bəyanatları birmənalı olaraq narazı ruhda idi.

Xatırladaq ki, hələ Vaşiqton müzakirələri başlamamış Dövlət Departamentindəki mənbələr "əgər Ceyhun Bayramovla Ararat Mirzoyan yekun sülh sazişinin ilkin layihəsi ilə bağlı razılağa gəlsələr, sənəd ən yaxın vaxtlarda Avropa ölkələrindən birinin paytaxtında imzalana bilər" demişdilər.

Lakin Ceyhun Bayramovun bəyanatından anlaşılır ki, Vaşinqtonhda aparılmış müzakirələrlə danışıqlar rəsmi Bakının gözləntilərinə cavab vermir. Daha konkret olsaq, əldə edilən nəticələr ABŞ Dövlət Departamentinin nikbin bəyanatlarına rəğmən, qənaətbəxş səviyyədə deyil.

Birləşmiş Ştatlar hazırda Bakı və İrəvana siyasi təsir göstərərək yekun sülh müqaviləsinin mümkün qədərtez imzalanmasına çalışır.

Müqavilənin mətni hələ hazır olasa da, artıq aksimomatik məqamlar var.

Onlar sabiq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya ediliməsi, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, hazırda Ermənistanın işğalında olan 8 kəndimizin azad edilməsi, regional nəqliyyat infrastruktururunun və kommunikasiyaların normal fəaliyyət göstərməsi, habelə Zəngəzur dəhlizi layihəsinin işə salınmasıdır.

Vaşinqtondan sonra XİN başçıları arasında danışıqların növbəti raundu Moskvada, Rusiyanın vasitəçiliyi ilə keçiriləcək.

Bakı üçün müzakirələrlə danışıqların harada, hansı platformada və kimin vasitəçiliyi ilə keçirilməsi önəmli deyil. Mühüm olan yekun nəticənin əldə edilməsidir.

Ən məhsuldar, effektiv və arzuolunan variant isə hansısa vasitəçilər, moderatorlar və ya maneələr olmadan danışıqların bilavasitə Azərbaycanla Ermənistan arasında keeçirilməsidir. Birbaşa danışıqlar ən faydalı, optimal yoldur.

Ermənistan geosiyasi, siyasi və iqtisadi asılılıqdan qurtulmaq istəyirsə, Bakının təkliflərini qəbul etməlidir.

Rusiya təbii ki, nə Vaşinqtonun əsas moderator olmağını, nə də birbaşa danışıqları istəməyəək 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın denonsasiya təhlükəsinin yaşandığını, bu səbəbdən də müzakirələrin Moskva trekində davamının məqbul olduğunu deyir.

Sabah Moskvada Nikol Paşinyanın nəzərinə də bu çatdıralacaq, Ermənistanın Qərbə doğru meyllənməsinin davam edəcəyi təqdirdə Moskvanın ermənilərə qarşı "cəza-islah" tədbirlərinə əl ata biləcəyi deyiləcək.

Ermənistan seçimini etməlidir, çünki Moskva Paşinyanın göz yaşlarına və primitiv oyunlarına artıq inanmır.

Asan olmasa da.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti