...

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 26 May 2023 13:27 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Suverenlik illərində böyük uğurlar qazanan Azərbaycan bu gün dünya arenasında müstəqil, sülhsevər xarici siyasət yürüdən, Yer kürəsinin müxtəlif guşələrində tərəfdaşları ilə əməkdaşlığı fəal inkişaf etdirən və beynəlxalq təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə mühüm töhfə verən nüfuzlu dövlət kimi tanınır.

İcazə verin, Təşkilatımız çərçivəsində məhsuldar əməkdaşlığa və onun fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirim. Azərbaycan artıq yeddi ildən çoxdur ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dialoq üzrə tərəfdaşdır, onun tədbirlərində fəal iştirak edir və Təşkilatın inkişafına öz layiqli töhfəsini verir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, nəzərdə tutulan planlarınızın reallaşmasını, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Xəbər lenti

Xəbər lenti