...

Albaniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 27 May 2023 16:22 (UTC +04:00)
Albaniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən xoş və səmimi arzularımı çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, keçən ilin noyabrında Sizin Tiranaya dövlət səfəriniz mənim üçün və alban xalqı üçün məmnunluq doğuran böyük şərəf idi.

Bu səfərin əhəmiyyəti və müzakirə olunan məsələlər ölkələrimiz, xalqlarımız arasında əla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Mən böyük məmnunluqla qeyd edirəm ki, son illərdə qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur.

Cənab Prezident, Sizinlə tezliklə görüşmək arzumu bir daha bildirirəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti