...

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin mühəndis işlərinin qarşısı alınıb - MN

Siyasət Materials 29 May 2023 19:09 (UTC +04:00)

Bakı. Trend:

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti