...

Azərbaycan 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Siyasət Materials 30 May 2023 22:03 (UTC +04:00)
Azərbaycan 1970-ci il Konvensiyasının Yardımçı Komitəsinə üzv seçilib

Bakı. Trend:

30 may tarixində UNESCO-nun mənzil-qərargahında “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına tərəf ölkələrin 7-ci sessiyası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sessiya zamanı, Konvensiyanın Yardımçı Komitəsinə İkinci Seçki Qrupundan (Şərqi Avropa və Mərkəzi Asiya) olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər çərçivəsində Azərbaycan ən yüksək səs toplayaraq Konvensiyanın Yardımçı Komitəsinə üzv seçilib.

Seçkilərdə 1970-ci il Konvensiyasına tərəf 125 ölkə iştirak edib və onlardan 112 dövlət Azərbaycanın lehinə səs verib.

Ölkəmizin namizdəliyini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti