...

Prezident İlham Əliyev: Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir

Siyasət Materials 31 May 2023 12:16 (UTC +04:00)
Prezident İlham Əliyev: Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir

Bakı. Trend:

1994-cü ildən başlayaraq 30 ilə yaxındır ki, Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının başlanğıc ili idi.

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Bu il biz müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının yüz illiyinin qeyd edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”nin imzalanması ili olmuşdur. “Əsrin müqaviləsi” ölkəmizdəki vəziyyəti tamamilə dəyişdi, investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. 1994-cü ildə birinci Qarabağ müharibəsi başa çatmış, "Əsrin müqaviləsi"nin imzalanmasından cəmi 3 ay sonra atəşkəs sazişi imzalanmışdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti