...

Paşinyan da Ərdoğanın andiçmə mərasimində iştirak edəcək - KİV

Siyasət Materials 2 İyun 2023 17:36 (UTC +04:00)
Paşinyan da Ərdoğanın andiçmə mərasimində iştirak edəcək - KİV
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Baş naziri Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edə bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-də məlumat verilib.

Qeyd edilib ki,sabah prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən bir çox dövlət və hökumət başçıları qatılacaq. Mərasimdə iştirak etmək üçün NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyanın da Türkiyəyə gələcəyi gözlənilir.

Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəldi.

Xəbər lenti

Xəbər lenti