...

Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Siyasət Materials 4 İyun 2023 01:13 (UTC +04:00)
Ceyhun Bayramov Hakan Fidanı təbrik edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyənin yeni təyin olunan Xarici İşlər naziri Hakan Fidanı təbrik edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Ceyhun Bayramov bu haqda öz Twitter hesabında paylaşım edib.

"Azərbaycan - Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm", - deyə paylaşımda qeyd olunub.

Məlumat üçün qeyd edək ki, bundan öncə Türkiyə Xarici İşlər naziri vəzifəsini Mövlud Çavuşoğlu icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti