...

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət Materials 4 İyun 2023 13:47 (UTC +04:00)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov Mevlüt Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib.

Nazir, Mövlud Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Mövlud Çavuşoğlu öz növbəsində, minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti