...

Akif Çağatay Kılıç Ərdoğanın yeni baş müşaviri təyin edilib

Siyasət Materials 6 İyun 2023 09:44 (UTC +04:00)
Akif Çağatay Kılıç Ərdoğanın yeni baş müşaviri təyin edilib

Bakı. Trend:

Akif Çağatay Kılıç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni baş müşaviri təyin edilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə qərar "Resmi Gazete"də dərc edilib.

Qeyd edək ki, Akif Kılıç daha öncə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri, Gənclər və İdman naziri, millət vəkili və s. kimi vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti