...

Ermənistanın sərhəddə təxribat törətməsi zəiflik əlamətidir - Zlatko Laqumciya (ÖZƏL)

Siyasət Materials 8 İyun 2023 16:50 (UTC +04:00)
Ermənistanın sərhəddə təxribat törətməsi zəiflik əlamətidir - Zlatko Laqumciya (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın hələ də sərhəddə təxribatlar törətməsi zəiflik əlamətidir.

Bu barədə Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq xarici işlər naziri Zlatko Laqumciya deyib.

“Mənim təcrübəm onu deməyə əsas verir ki, adətən zəif dövlətlər təxribatlar törədərək nələr isə əldə etməyə çalışır. Ermənistanın əhəmiyyətli dərəcədə nəsə etməyə gücü yoxdur. İşğal dövründə belə burada olan ermənilər də reallığı bilirdi. Onlar başqasınln torpağında idilər, bunu bilirdilər. Çünki 30 illik işğal dövründə Qarabağda heç bir quruculuq işi görməyiblər. Ancaq dağıdıb, talayıblar. Bu da bir zəiflikdir. Lakin Azərbaycan reallığı ortaya qoydu və Qarabağın kimə aid olduğunu göstərdi. Azərbaycan qalib və güclü dövlətdir.

Ermənistan tərəfindən törədilən təxribatlar isə sadəcə zəiflik göstəricisidir və heç bir nəticəsi olmayacaq”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti