Bakı. Trend:
Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ikinci iclası keçirilir.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 41 məsələ daxildir:
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili
(ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının
Konstitusiya Qanunu (ikinci səsvermə).
2. “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın
Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə
sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının
asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi.
4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
6. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
8. “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
9. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Məktəbəqədər
təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
11. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının
əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”,
“Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”,
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
12. “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
14. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
15. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
20. Azərbaycan Respublikasının “Banklar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il
4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit
ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD
nömrəli, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD
nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli
144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il
4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
21. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
22. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
23. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
24. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
25. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
26. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
27. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
28. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
29. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
30. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
31. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
32. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
33. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
34. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
35. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
36. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
37. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
38. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
39. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
40. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
41. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).