Bakı. Trend:
"Euronews" telekanalı Azərbaycanın Laçında gördüyü bərpa-quruculuq işləri, Laçına qayıdan keçmiş məcburi köçkünlərlə bağlı reportaj hazırlayıb.
Trend-in məlumatına görə, telekanal tərəfindən hazırlanan süjetdə deyilir:
"Azərbaycanın qərbində yerləşən Laçın şəhərində geniş bərpa-qurucluq işləri görülür. Baxdığınız hər yerdə Ermənistanla Azərbaycan arasındakı son müharibənin izlərini silmək səyləri göz qabağındadır", - deyə qeyd edilib.
Süjetdə Euronews-un beynəlxalq müxbiri Anelise Borges Laçına qayıdan keçmiş məcburi köçkünlərlə danışıb.
Trend həmin süjeti təqdim edir: