...

Azərbaycanın iqtisadi inkişaf modeli çətin sınaqlardan uğurla çıxmağa imkan verdi

Siyasət Materials 10 Avqust 2023 15:05 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf modeli çətin sınaqlardan uğurla çıxmağa imkan verdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq regionlara səfəri ölkəmizdə regionların inkişafına olan diqqətin nəticəsidir. Dövlət başçısının Bərdə, Samux, Şəmkir və Qazaxa səfəri və bir sıra obyektlərin açılışında iştirakı bir daha göstərir ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlət başçısının xüsusi diqqət mərkəzindədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən biridir.

“Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları da məhz cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Belə ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2004-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları həyata keçirilir. İndiyə qədər bu proqramların uğurla icra edilməsi regionlarda insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadi potensialın yüksəlməsinə imkan verib. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlərin əsasında da məhz cənab Prezidentin düzgün iqtisadi siyasəti dayanır”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın iqtisadi inkişaf modeli ölkəmizin çətin sınaqlardan üzüağ çıxmasına imkan verib.

“Zaman göstərdi ki, ölkə Prezidentinin seçdiyi bu iqtisadi inkişaf modeli ən effektiv modeldir. Bu model sayəsində Azərbaycan dayanıqlı və güclü iqtisadiyata malik bir ölkəyə çevrilib və çətin sınaqlardan üzüağ çıxmağı bacarıb. Bunun nəticəsi idi ki, bütün bəşəriyyəti bürüyən koronavirus pandemiyası dövründə Azərbaycan pandemiyanın əhaliyə təsirini azaltmaq üçün iri sosial layihələr həyata keçirməklə yanaşı beynəlxalq təşkilatlara ianələr etdi, bir çox ölkələrə humanitar yardımlar göstərdi. Eyni zamanda güclü iqtisadiyyat güclü ordu qurmağa, torpaqlarımızı işğaldan azad etməyə imkan verdi.

Bu gün də işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq və abadalıq işlərinin aparılmasına və bu istiqamətdə böyük vəsaitlərin sərf olunmasına baxmayaraq, Azərbaycanın bütün regionlarda iqtisadi inkişaf davamlı olaraq təmin edilir və ölkəmizdə nəzərdə tutulmuş hər hansı bir infrastruktur layihəsi və ya sosial layihə ixtisara salınmır, ardıcıl şəkildə həyata keçirilir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti