Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv öıkələrinin Xarici İşlər Nazirlərinin 27-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, Hakan Fidan tədbirdə iştirak etmək üçün Şuşaya şəxsi avtomobili ilə özü idarə edərək gedib.
Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.