...

Qazaxıstan Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasına öz töhfəsini verir - Pərviz Şahbazov

Siyasət Materials 24 Oktyabr 2023 21:41 (UTC +04:00)
Qazaxıstan Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasına öz töhfəsini verir - Pərviz Şahbazov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına öz töhfəsini verir.

Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda Qazaxıstan Respublikası Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qazaxıstanın Füzulidə Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü qardaşlıq münasibətlərinin təzahürüdür.

O əlavə edib ki, Azərbaycan və Qazaxıstan sürətlə inkişaf edən müstəqil dövlətlər, strateji tərəfdaşlar və müttəfiqlərdir.

"Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi Azərbaycan və Qazaxıstan dövlət başçıları - İlham Əliyev və Kasım-Jomart Tokayevin siyasi iradəsinin nəticəsidir. Prezident İlham Əliyevin bu ilin aprelində Qazaxıstana rəsmi səfəri zamanı imzalanmış sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” ölkələr arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Bu gün qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması, enerji resurslarının Azərbaycan üzərindən tranziti, Orta Dəhliz çərçivəsində birgə fəaliyyət, o cümlədən digər sahələrdə əlaqələrin genişləndirilməsi əməkdaşlığımızın əsas məqsədlərindəndir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti