...

TBMM Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətini daha bir il uzadıb

Siyasət Materials 15 Noyabr 2023 20:20 (UTC +04:00)
TBMM Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətini daha bir il uzadıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

TBMM Azərbaycandakı Türkiyə hərbçilərinin fəaliyyət müddətini daha bir il uzadıb.

Trend xəbər verir ki, müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti