...

İƏT baş katibi üzv ölkələrə çağırış etdi

Siyasət Materials 22 Noyabr 2023 10:38 (UTC +04:00)
İƏT baş katibi üzv ölkələrə çağırış etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür edirik.

Trend xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin açılış tədbirindəki çıxışında bildirib.

O qeyd edib ki, bu mərkəzin açılışı sosial, iqtisadiyyat, təhsil, həmçinin, İKT kimi sahələri genişləndirməyə imkan verəcək.

“Bu mərkəz İƏT ölkələri arasında əməkdaşlığı genişləndirəcək. Bütün üzv dövlətlərini mərkəzin əsasnaməsinə qoşulmağa çağırıram”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda Əmək Mərkəzinin açılış tədbiri keçirilir. Mərkəz tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq. 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Xəbər lenti

Xəbər lenti