...

Sahibə Qafarova yeni səfirlərlə görüşdü (FOTO)

Siyasət Materials 24 Noyabr 2023 12:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl-Naharla, Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə, Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, Milli Məclisin sədri qonaqları salamlayaraq, onları ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, fəaliyyətləri dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Parlamentlərarası münasibətlərin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğunu deyən Milli Məclisin sədri, əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib, münasibətlərin dərinləşməsində yüksək səviyyəli səfərlərin rolunu və dostluq qruplarının fəaliyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti