...

DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyidir

Siyasət Materials 1 Dekabr 2023 12:37 (UTC +04:00)
DTX-nin Heydər Əliyev adına Akademiyasının yaranmasının 25 illik yubileyidir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası – ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli sərəncamı ilə yaradılıb.

Trend xəbər verir ki, ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və bacırığı sayəsində təhlükəsizlik orqanları xalqa, vətənə sadiq bir quruma çevrildi.

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan təhlükəsizlik orqanları üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyinin keşiyində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu öndərimiz hələ 1997-ci il martın 28-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların rolundan, qarşısına qoyulan tələblərdən və onları səciyyələndirən amillərdən danışaraq yüksək ixtisaslı, peşəkar milli kadrların hazırlanması məqsədilə xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.

Ötən dövr Akademiya üçün yaddaşlardan silinməyəcək bır sıra tarixi hadisələrlə zəngin olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabr ayının 20-də imzaladığı fərmanla təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq Akademiyaya Ümummilli Lider Heydər Əliyevin adı verilib.

2006-cı il mart ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Akademiyanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsini, unikal məzmuna və nəfis tərtibata malik "Şöhrət" muzeyini açıb, şücaət rəmzi olan "Döyüş bayrağı"nı Akademiyaya şəxsən təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti