...

Paşinyan müharibəyə hazırlaşır – Keçmiş erməni müşavirdən ETİRAF

Siyasət Materials 1 Dekabr 2023 21:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paşinyanın baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə imkan verilə bilməz. Əks təqdirdə belə bir şey Ermənistana ağır zərbə olacaq.

Trend xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

Zakaryan qeyd edib ki, hər növbədənkənar seçkilərdən sonra Ermənistan Azərbaycan qarşısında ciddi itkilərə məruz qalır:

"Nikolun ətrafı ictimai biganəlik, inzibati resurslardan istifadə və Qərbin gözü qarşısında yeni erkən seçkilərə getmək barədə düşünür. Məqsəd yeni müharibə nəticəsində ağrılı qərarlar qəbul etmək üçün legitimlik qazanmaq və parlament müxalifətini mütləq qərbpərəst və məğlubiyyətçi qüvvələrlə əvəzləməkdir.

Hər üç ildən bir erkən seçki olacaq, nəticədə yeni uğursuzluqlar, itkilər və müharibələr olacaq. Nikolun baş nazirliyi dövründə yeni növbədənkənar seçkilərə icazə verilə bilməz. Belə bir şey Ermənistana ağır zərbə olacaq".

Xəbər lenti

Xəbər lenti