...

Fransa regionda sabitliyi və sülhü pozmaqda maraqlıdır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 4 Dekabr 2023 21:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Ermənistana "Arquus" şirkəti tərəfindən istehsal olunan 50 ədəd "Bastion" zirehli maşın tədarük edəcək.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Fransa regionda sabitliyi və sülhü pozmaqda maraqlıdır.

"Bu destruktiv addımlarını getdikcə genişləndirir. "Bastion" zirehli maşınlarının Ermənistana verilməsi onların müdafiə qabiliyyətinin artırılması ilə bağlıdır. Rəsmi Paris Cənubi Qafqazda sanki Azərbaycanla Ermənistan arasında güc balansını bərabərləşdirmək niyyətindədir. Lakin məlumdur ki, "Bastion" zirehli maşınları ilk öncə Ukrayna dövlətinə təqdim edilib. Ukraynalı hərbi mütəxəssislər bu zirehli maşınların tank əleyhinə raketlərə qarşı effektiv olmadığını bildirərək onlardan imtina etdilər. Ardınca həmin maşınların Ermənistana verilməsi baş tutdu. Bu həm Fransanın milli maraqlarının, həm də orda olan erməni lobbisinin sifarişidir", - deyə politoloq əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti