...

Zakir Həsənovun Misirə səfəri davam edir (FOTO)

Siyasət Materials 4 Dekabr 2023 18:30 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının "Leonardo" şirkətinin, eləcə də Misirin "ARMADA" və "AOI" şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti