Bakı. Trend:
Təklif edirəm ki, dekabrın 6-sı və ya bu ayın başqa gününü Qərbi azərbaycanlıların deportasiyası günü kimi təqvimdə dəyişiklik edək.
Trend xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib.
O qeyd edib ki, dinləmənin bugünkü günə salınması təsadüfi deyil.
“Çünki məhz 1988-ci ilin 6 dekabrında Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanda azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də təklif edirəm ki, 6 dekabr və ya bu ayın başqa günlərindən biri Qərbi Azərbaycanlıların depportasiyası günü kimi təqvimdə tarixləşdirək və hər ilin bu tarixini qeyd edək”, - M.Quliyev vurğulayıb.