...

MSK-da növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclas keçirilib (YENİLƏNİB)

Siyasət Materials 8 Dekabr 2023 18:02 (UTC +04:00)
MSK-da növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclas keçirilib (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilib.

Trend-in məlumatına görə, toplantıda qəbul olunan qərarla seçki 2024-cü il fevralın 7-nə təyin edilib.

Eyni zamanda, MSK növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiqlənib.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb.

Bundan əlavə, növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin olunub.

xxx

16:03

Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar Prezident seçkiləri ilə əlaqədar iclası keçirilir.

Trend-in xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxildir.

Bunlar aşağıdakılardır:
1. Növbədənkənar Prezident seçkilərinin təyin edilməsi;

2. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planının təsdiq edilməsi;

3. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması;

4. Növbədənkənar Prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti