...

Cari il ərzində Dövlət Komitəsinə qeydiyyatla bağlı yalnız müsəlman icmaları müraciət edib - Səyavuş Heydərov

Siyasət Materials 11 Dekabr 2023 12:17 (UTC +04:00)
Cari il ərzində Dövlət Komitəsinə qeydiyyatla bağlı yalnız müsəlman icmaları müraciət edib - Səyavuş Heydərov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Cari il ərzində Dövlət Komitəsinə qeydiyyatla bağlı yalnız müsəlman icmaları müraciət edib.

Trend xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının 5 dekabr 2023-cü il tarixli Azərbaycanla bağlı hesabatı barədə Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, dini icmaların, xüsusilə də xristian dini icmalarının dövlət qeydiyyatına alınmasında guya problemlər, məhdudiyyətlər olduğu üçün 2023-cü ildə müsəlman icması qeydiyyata alınıb, amma xristian qurumları alınmayıb.

Rəsmi olaraq bildirirəm ki, cari il ərzində Dövlət Komitəsinə qeydiyyatla bağlı yalnız müsəlman icmaları müraciət etmişdir ki, onlardan da 2-si (müsəlman) qeydiyyatdan keçmişdir. İndi qeyri-müsəlman icmalarından müraciətlərin yoxluğundan çıxış edərək bizi məhdudiyyətlər yaratmaqda və ya ayrı-seçkilik etməkdə günahlandırmaq yumşaq desək məntiqsizlikdir.

Mənsublarının sayı 50-dən az olan icmalar da öz dini etiqad azadlıqlarından irəli gələn vəzifələri yerinə yetirə bilər. Ancaq həmin birliklər dini qurum və hüquqi şəxs statusuna malik olmayacaqlar. Yeri gəlmişkən vurğulayaq ki, icmaların qeydiyyatdan keçməsi üçün 50 təsisçinin olması məsələsinin mütəmadi olaraq Azərbaycanda hüquq və azadlıqların məhdudlaşdırılması kimi təqdim olunmasını təəssüflə qarşılayırıq. Belə ki, elə ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq üzrə Ofisinin hesabatına əsasən, dünya ölkələrinin bir çoxunda, o cümlədən Xorvatiya (500 nəfər), Rumıniya (300 nəfər), Serbiya (100 nəfər), Yunanıstan (300 nəfər), Bosniya və Herseqovina (30 nəfər), o cümlədən Ermənistanda (200 nəfər) tətbiq olunan bu təcrübənin yalnız Azərbaycan timsalında qabardılmasını ayrı-seçkilik kimi qiymətləndiririk.

Eyni zamanda, qanunun tələbini yerinə yetirə bilməyən, yəni 50 nəfərdən az üzvü olan xristian icmalara öz əqidədaşlarının qeydiyyatdan keçmiş icmaları ətrafında birləşmələri və sərbəst fəaliyyət göstərmələri tövsiyə edilib", - deyə S.Heydərov deyib..

Xəbər lenti

Xəbər lenti