...

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib

Siyasət Materials 10 Dekabr 2023 21:30 (UTC +04:00)
Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən bildirilib.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti