...

Ermənistan sülhdə maraqlıdırsa, Azərbaycana qarşı təxribatçı addımların qarşısını almalıdır - Qərbi Azərbaycan İcması

Siyasət Materials 11 Dekabr 2023 13:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilatlar” beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar. “Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün təhdid edən sarsaq şərtlərin qoyulmasıdır.

Bu barədə Trend-ə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

"Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər.

Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti