...

Prezidentliyə namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsinə başlanır

Siyasət Materials 19 Dekabr 2023 08:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 19-dan Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə başlanılır.

Trend-in məlumatına görə, bu barədə Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planında qeyd edilib.

Sənədlər səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18.00-dək, yəni 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-a qədər təqdim edilməlidir.

Müvafiq sənədləri Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim etməlidir.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti