...

Azərbaycan regionda baş verən proseslərə təsir edə biləcək güclü dövlətə çevrilib - RƏY

Siyasət Materials 12 Yanvar 2024 10:26 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə çox mühüm məsələlərə toxunulub. Müsahibə bütövlükdə tarixi faktlarla əlaqələndirilib, beynəlxalq prinsiplərlə əsaslandırılıb, Azərbaycanın yumşaq və sərt gücü güclü bir formada vurğulanıb, dost və düşmən ünsürlər və ölkələr aydın şəkildə göstərilib.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, bu müsahibə Prezident İlham Əliyevin siyasi liderliyini güclü şəkildə nümayiş etdirir.

"Prezident İlham Əliyev bu müsahibəsində bir çox məsələləri açıq şəkildə ortaya qoydu. Prezidentin vurğuladığı məsələləri əsas başlıqlar altında aşağıdakı kimi sadalaya bilərik:

- Azərbaycanın bugünkü nailiyyətlərinin və ya uğurlarının əsasında 2003-cü ildə Azərbaycan xalqının “ümummilli lider Heydər Əliyev” siyasətini davam etdirmək qərarı dayanır.

- Zəngəzur dəhlizi açılmasa, ən çox Ermənistan zərər çəkəcək.

- Qarabağ zəfəri Xankəndidə Azərbaycan bayrağının qaldırılması ilə taclandı,

- İkinci Qarabağ müharibəsində böyük fədakarlıqlar göstərən Azərbaycan Ordusu peşəkar və güclü olduğunu sübut etdi,

- Baş verənlər hər cəhətdən güclənən Azərbaycanın nəzarətindədir və ona görə də heç kimin Azərbaycana hədə-qorxu və lovğalıqla yanaşması mümkün deyil;

- Fransa Ermənistanı silahlandıraraq müharibəyə hazırladı,

- Lazımi infrastrukturun tamamlanması ilə insanlar tez bir zamanda öz ata-baba yurdlarına qayıtdılar,

- Azərbaycan ciddi problemlə üzləşsə, ilk zəng edəcəyi şəxs Rəcəb Tayyib Ərdoğan olacaq.

Bu mesajlarda diqqətimi çəkən ən mühüm üç məsələ var. Birincisi, Azərbaycan vurğulayır ki, bugünkü uğurların əsasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin güclü rəhbərliyi və bu rəhbərliyin yürütdüyü siyasət dayanır. Cənab Prezident burada ilk növbədə sosioloji müşahidə aparır. Bu qətiyyət Türk cəmiyyətində güclü liderliyin əhəmiyyətidir. Çünki cəmiyyətimizin mədəni strukturunda liderlik cəmiyyətin birliyinin, həmrəyliyinin, sabitliyinin, ölkənin inkişafının təminatı kimi görünür.

İkincisi, Prezident İlham Əliyevin ciddi bir problemlə qarşılaşsaq, ilk zəng edəcəyi şəxsin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacağını bildirməsidir. Bu bəyanat türk və Azərbaycan arasındakı münasibətlərin səviyyəsini və dərinliyini göstərir. Bu iki qardaş ölkə arasında İkinci Qarabağ müharibəsi ilə başlayan yeni dövr 44 günlük Vətən müharibəsində qələbədən sonra imzalanan Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi, qardaşlıq münasibətlərinin dərinliyini açıq şəkildə ortaya qoydu", - deyə M.Yüce vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan müstəqil siyasət yürüdür və öz regionunda baş verən bütün proseslərə təsir edəcək qüdrətli ölkəyə çevrilib. Buna görə də nə Ermənistan, nə də onun arxasında duran qüvvələr Azərbaycana hədə-qorxu və lovğalıqla yanaşa bilməyəcəklər.

"Bu reallıq Azərbaycanın regional və qlobal səviyyədə izlədiyi qüdrət və nüfuzun, həyata keçirdiyi çoxşaxəli və güclü beynəlxalq əlaqələrinin nəticəsidir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti