Bakı.Trend:
Prezident seçkiləri xalqın dövlətdən razılığının indikatorudur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, əgər dövlət başçısı siyasi kursunu düzgün seçməzsə dövlət uçuruma gedir və xalq çaşqınlıq içində olur.
“Təəssüf ki, belə bir vəziyyəti 90-cı illərin əvvəlində yaşamaq bizə də nəsib oldu. Amma xalqımız xoşbəxtdir ki, zamanında seçimini doğru edə bildi və rəhbərlərin düzgün seçimi ölkənin gələcək taleyi kimi gördü. Məhz, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini uğurlara aparan siyasi kursunu müəyyənləşdirən kompası Prezident İlham Əliyevə ötürərək vaxtında istiqamətini verdi. 2003-cü ildə keçirilən prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin kursuna və onun tarixi çağırışına səs verdilər. Xalqın böyük dəstəyi ilə dövlət sükanını əlinə alan Prezident İlham Əliyev Qurani-Kərimə və Konstitusiyaya əlini basaraq and içərək Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və ərazi bütövlüyün qoruyacağına vəd verdi. Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin son 20 ilində Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməklə xalq verdiyi bütün vədlərinə əməl etmiş oldu. Ulu Öndərin siyasi kursu xalqımıza və dövlətə uğur və işıqlı gələcək gətirərək Azərbaycanı qalib ölkəyə çevirmişdir.
Ulu Öndər Heydər Əliyev İlham Əliyevə inanırdı və ona görə də siasi varisi məhz onu seçərək 01.10 2003-cü ildə xalqa müraciət edərək belə demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin 20 ilində ölkəmiz tikinti meydançasına çevrildi. Bu tikintinin möhkəm təməlləri Ulu Öndər tərəfindən qoulduğundan onun üzərində ucalan yeni Azərbaycan dünyaya günəş kimi doğdu. Prezident İlham Əliyevin qarşısına qoyduğu başlıca vəzifə xalqın rifahının yaxşılaşdırılması ilə bağlı idi. Ona görə də hakimiyyətin ilk illərindən başlayaq sosial-iqtisadi inkişaf proqramları icra olunmağa başlandı. Paytaxtla bölgələr arasındakı fərqini aradan qaldıracağına söv verən Prezident İlham Əliyev Regionların Sosial İqtisadi İnkişafı ilkə bağlı dörd Dövlət Proqramının icrasına dövlət büdcəsindən 104 milyard manatdan çox vəsaitin ayrılması sayəsində Azərbaycanın hər bir bölgəsi yenidən quruldu. O cümlədən ölkə iqtisadiyyatına 310,4 milyard dollar investisyalar qoyuldu. Bu investisyaların 200 milyard dolları qeyri-neft sektoruna yönəldilidi. Məhz bunun göstəricidir ki, ölkədə işsizlik 5,5%-ə, yoxsulluq 5%-ə endi. Belə ki, 3600-dən çox təhsil müəsisəsi, 450-dən çox uşaq bağçası, 760-dan çox tibb müəssisəsi, 18 min kilometrə yaxın avtomobil yolları, 500-dən çox körpü, 43 Olimpiya Kompleksi, regionların 945-i qazlaşması, əhalinin içməli su ilə təminatı 74%-ə çatması, ölkənin elektronlaşdırılması, kosmik fəzaya malik ölkəyə çevrilməyimiz Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi sayəsində nail olunmuşdur. Təbii ki, sosial sahədə uğurların əldə olunması üçün güclü iqtisadiyyat qurulmalı idi. Çünki, iqtisadi güc olmadan heç bir sahədə uğur qazanmaq mükün deyildi. Məhz Prezident İlham Əliyevin uzaqgörən uğurlu iqtisadi siyasəti Azərbaycanın neft-qaz sektorunda uğur qazandırmaqla yanaşı qeyri neft sektorunun da yüksək inkişaf etməsinə yol açdı. Son 20 ildə iqtisadiyyatın 4 dəfə artması da məhz doğru aparılmış iqtisadi siyasətin göstəricisidir. Belə ki, 32 rayonda 51 aqroparkın yaradılması davam etdirilir, regionlarda 52 mindən çox müəssisə yaradıldı, sahibkarlıq subyektlərin sayı 1,5 milyona çatdı.
İqtisadi və sosial cəhətdən güclənən Azərbaycan beynəlxalq layihələrin icrasını sürətləndirərək dünya ictimaiyyətinin etibarlı tərəfdaşına çevrildi. Bakı-Tiblisi-Ceyhan, TANAP, TAP neft-qaz nəql edən marşurutları və BTQ dəmir yolu Azərbaycanı Avropa ilə dəmir boru və relslərlə birləşdirdi. Ölkəmizin coğrafi yerləşməsindən düzgün istifadə edərək ərsəyə gətirdimiz Cənub-Şimal və Qərb -Şərq nəqliyyat dəhlizləri Azərbaycanı Asiya ilə Avropa arasında körpüyə çevirdi. Prezident İlham Əliyevin uzaqgörən beynəlxalq siyasəti Azərbaycanın ədalətli mövqeyini dünya tərəfindən qəbul etməsinə və Ermənistanı işğalçı kimi tanınmasına yol açdı".
Onun sözlərinə görə, ölkə başçısın qarşısında dayanan ən böyük vəzifə torpaqları erməni işğalından azad etmək və bütün ərazilərdə suverənliyi bərpa etməklə bağlı olmuşdur.
"Bunun üçün böyük bir yol getməli olduq. Bu yol yeni vətənpərvər gənc nəsilin yetişdirilməsi, ölkədə sarsılmaz milli həmrəylik və birliyə nail olunmaqdan keçirdi. Təbii ki, maddi texniki bazası müasirləşməmiş peşəkar ordusu olmadan bu tarxi vəzifəni icra etmək mümkün deyildi. Dünyada dostlarımızın sayının artması beynəlxalq arenada düşmənlərimizi məğlub etmək üçün vacib məsələ idi. 44 günlük Vətən müharibəsi zamanı ordumuzun və xalqımızn göstərdiyi qəhrəmanlıq, dost dövlətləimizin düşmənlərə hərəkətə keçməyinə imkan verməməsi Zəfərimizi dönməz etdi və 20 sentyabrda bütün ərazilərimizdə suverənliyin bərpasına yol açdı. Beləliklə, Prerzident İlham Əliyevin Prezidentliyinin 20 ili tariximizdə bir dövürn başa çatmasına gətirib çıxartdı. İndi isə yeni bir dövrün başlanğıcıdır. Bu yeni dövürü də qarşıdan gələn Prezident seçkilərində xalqımız Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevi hamılıqla yenidən dəstəkləməklə müstəqil Azərbaycanın güclü gələcəyini dəstəkləmiş olacaqdır. Bu, həm də bu gün ölkəmizin Zəfərini həzm edə bilməyənlərə tutarlı bir cavab olacaqdır",- deyə o, əlavə edib.