Bakı. Trend:
Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının növbəti görüşü cari il mayın 24-də Aşqabadda keçiriləcək.
Trend MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə 2023-cü ilin yekunları, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və perspektivdəki digər məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, MDB dövlət başçılarının ötənilki görüşü oktyabr ayında Bişkekdə Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirakı ilə keçirilib.