...

Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir - Bakı Təşəbbüs Qrupunun icraçı direktoru

Siyasət Materials 18 Aprel 2024 16:20 (UTC +04:00)
Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir - Bakı Təşəbbüs Qrupunun icraçı direktoru
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürülüb və onlardan biri də neokolonializmlə mübarizədir. Məqsəd müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və qüvvələrin vahid platforma ətrafında birləşdirilməsidir.

Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu yarandığı yeddi ay ərzində yeddi mühüm beynəlxalq konfrans təşkil edib.
“Fransa dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərir. Bakı Təşəbbüs Qrupu bundan sonra da neokolonializmdən əziyyət çəkən xalqlara və ölkələrə dəstəyini əsirgəməyəcək”, - deyə Abbas Abbasov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti