...

ABŞ Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır

Siyasət Materials 28 May 2024 09:43 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrikində qeyd olunub.

"Biz əvvəlki kimi, bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifə açmağa və daha yaxşı gələcək qurmağa hazırıq. Əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti