Bakı. Trend:
Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə zəng edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Hökumət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının aktual məsələlərini nəzərdən keçirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli gündəliyin bütün məsələləri üzrə fəal birgə işi davam etdirməyə qarşılıqlı hazırlğı təsdiq ediblər.