...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar (YENİLƏNİB-2) (FOTO)

Siyasət Materials 18 Fevral 2025 14:16 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar (YENİLƏNİB-2) (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Trend xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti