...

Avropa İttifaqının “müşahidəçilər"i yenidən ərazilərimizi izləyiblər (VİDEO)

Siyasət Materials 7 Mart 2025 17:45 (UTC +04:00)
Avropa İttifaqının “müşahidəçilər"i yenidən ərazilərimizi izləyiblər (VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin fəallığı səngimək bilmir.

Bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.

Aİ-yə məxsus iki ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" erməni hərbçilərinin müşaiyəti ilə Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, Laçın istiqamətində ərazilərimizi izləməyə başlayıblar.

"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.

Həmin görüntülərini təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti