...

Səfər Əbiyev: Azərbaycanın müdafiə xərclərinin artması Ermənistanın silahlanma kursunun davam etdirilməsi ilə bağlıdır

Siyasət Materials 29 Oktyabr 2005 12:46 (UTC +04:00)
Səfər Əbiyev: Azərbaycanın müdafiə xərclərinin artması Ermənistanın silahlanma kursunun davam etdirilməsi ilə bağlıdır

Azərbaycanın müdafiə xərclərinin artırılması Yerevanın silahlanma kursunun davam etdirlməsi ilə bağlıdır. Trend in məlumatına görə, belə bir bəyanatla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev jurnalistlərlə söhbətində bildirib.

Müdafiə nazirinin sözlərinə görə, rəsmi Bakı regionda hərbi bərabərlik nisbətinə riayət olunmasına çalışır. "Bakı yalnız regionda silahlanma potensialının balanslaşdırılmasına çalışır", -deyə S. Əbiyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri hər an işğal altında olan ərazilərin azad olunmasına hazır olmalıdır.

"İşğal olunmuş ərazilər birmənalı şəkildə azad olunmalıdır. Əgər sülh danışıqları nəticəsi başa çatarsa, ordu nəyin bahasına olursa-olsun doğma torpaqları azad etməlidir", -deyə nazir qeyd edib.

QovAtəşkəs rejiminin pozulması hallarını artmasına toxunan Ə.Əbiyev bildirib ki, heç kimin Bakını nədəsə günahlandırmağa haqqı yoxdur. "Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan dövlətdir. Bizim qoşunlarımız erməni ordusundan fərqli olaraq öz torpaqlarında dislokasiya olunub. Hamı bunu başa düşməlidir",- deyə S.Əbieyv bəyan edib.

Xəbər lenti

Xəbər lenti