...

Müxalifətin yürüş-mitinqi başlayıb

Siyasət Materials 13 Noyabr 2005 16:38 (UTC +04:00)
Müxalifətin yürüş-mitinqi başlayıb

Noyabrın 13-də "Azadlıq", "Yeni siyasət" seçki blokları, "Milli birlik" hərəkatı və digər müxalifət qüvvələri Bakı şəhərində "20 yanvar-Qələbə" marşrutu üzrə yürüş keçirib. Trend xəbər verir ki, saat 15.00 radələrində metronun "20 yanvar" stansiyasının yaxınlığından "Qələbə" meylanına doğru yürüş başlanıb.

Aksiya iştirakçıları kolonlara ayrılaraq bir neçə istaqəmətdən meydana axışıblar. Yürüş boyu müxalifətçilər "Azad seçki", "Azadlıq", "İstefa" şüarları səsləndirib. Saat 15.45 radələrində liderlər - İsa Qəmbər, Lalə Şövkət, Əli Kərimli, Sərdar Cəlaloğlu, Eldar Namazov, Tahir Kərimli və digərləri tribunaya qalxıb.

Aksiya iştirakçıları tərəfindən mitinqdə Azərbaycanın bayrağından başqa, Rusiya və Ukrayna dövlət bayraqları, o cümlədən çoxsaylı narıncı rəngdə olan bayraqlar qaldırılıb.

Saat 15.50 radələrində Azərbaycanın dövlət himninin səslənməsilə mitinq başlanıb. "Azadlıq" blokununun nümayəndəsi Fərman Hüseynov mitinqi açaraq müxalifətçilərin etirazına səbəb olan mövcud problemlər, seçki saxtakarlığı, buna qarşı müxafilət düşərgəsinin apardığı mübarizə barədə danışıb.

Vəhdət partiyasının sədri Tahir Kərimli 6 noyabr parlament seçkilərinin saxlalaşdırıldığını deyib, bu nəticələrin ləğv olunması və yenidən seçki keçirilməsi tələbini səsləndirib.

"Azadlıq" blokunun vahid namizədi Rauf Arifoğlu ayrı-ayrı seçki dairələri üzrə yol verilən saxtakarlıqları, qanun pozuntularını qeyd edib. O, bu mübarizədə geri çəkilməməyin mövcud hakimiyyətlə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti