...

Lalə Şövkət deputat mandatından imtina barədə qəti qərar verib

Siyasət Materials 2 Dekabr 2005 12:39 (UTC +04:00)

6 noyabr parlament seçkilərində qalib gəlmiş Milli Birlik hərəkatının lideri Lalə Şövkət deputat mandatından imtina etmək barədə qəti qərar qəbul edib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Lalə Şövkətin özü açıqlama verib.

L.Şövkət qeyd edib ki, 6 noyabr parlament seçkilərinin elan olunmuş nəticələrini tanımır və qazandığı deputat mandatından da imtina edir.

L.Şövkət onu da əlavə edib ki, Milli Birlik hərəkatı nəticələri ləğv olunmuş dairələr üzrə keçiriləcək təkrar seçkilərdə də iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti