Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar komitəsi dekabrın 9-da Parisdə Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqınlarla bağlı vəziyyətə dair məruzəyə baxacaq. Bu barədə Trend AŞ-nin Strasburqdakı katibliyinə istinadən bildirir.
Komitənin ikigünlük iclasında həmçinin Avropa dövlətlərində olan türkiyəli mühacirlərin vəziyyəti, Fransanın şəhərlərində zorakılıq, Avropa xatirə mərkəzinin təsis edilməsi kimi məsələlər müzakirə ediləcək.