...

Azərbaycanın Avropa Birliyi ilə məsləhətləşmələri martın 7-də Brüsseldə davam etdiriləcək

Siyasət Materials 27 Fevral 2006 21:17 (UTC +04:00)

Fevralın 27-də AR xarici işlər naziri Elmar Məmmədyarov Avropa üçün Liberallar və Demokratlar Alyansı Qrupunun rəhbəri Qraham Iatsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə AR XİN-in mətbuat mərkəzində bildirilib.

Nazir bildirib ki, martın 7-də Brüsseldə Azərbaycan və Avropa Birliyi ekspertlərinin Avropa Ittifaqının Qonşuluq Siyasəti təşəbbüslərinə dair məsləhətləşmələri davam etdiriləcək.O, Avropa və Avro-atlantik strukturlara inteqrasiyanın ölkənin xarici siyasətinin başlıca istiqaməti olduğunu bildirib, həmçinin ölkədə aparılan iqtisadi, siyasi, qanunvericilik və s. sahələrdə islahatların Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən söz açıb.

Öz növbəsində, Q.Uotson bildirib ki, Avropada Cənubi Qafqaz ölkələrinə xüsusi əhəmiyyət verilir. Onun sözlərinə görə, regionda sabitlik, demokratiya və qanunun aliliyinin bərqərar edilməsi belə əlaqələrin inkişaf etdirilməsi istiqamətində vacib amildir.

E. Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın bu problemin sülh yolu ilə həllində qeyri-konstruktiv mövqeyi istər inteqrasiya proseslərinə, istərsə də regionun sosial-iqtisadi inkişafına mane olur.

Xəbər lenti

Xəbər lenti