...

Çinin səfiri: Bu il Çinin yüksək vəzifəli şəxslərinin Azərbaycana çoxsaylı səfərləri gözlənilir

Siyasət Materials 29 Mart 2006 12:28 (UTC +04:00)

2006-cı il Çin Xalq Respublikasının (ÇXR) rəsmi şəxslərinin Azərbaycana çoxsaylı səfərləri ilə yadda qalacaq. Bu barədə eksklyuziv olaraq Trend ə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Xayxjou bildirib.

Onun sözlərinə görə, bu il ÇXR Dövlət Şurasının yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərləri planlaşdırılır, eyni zamanda qanunverici orqanların - hər iki ölkə parlamenti sədrlərinin, parlament dostluq qrupu rəhbərləri və üzvlərinin qarşılıqlı səfərləri gözlənilir. Diplomat qeyd edib ki, yaxın vaxtlarda həmçinin Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Çinə səfər edəcəyi gözlənilir.

Səfir qeyd edib ki, plana həm də Bakıda Azərbaycan ilə Çin arasında növbəti XİN-lərarası məsləhətləşmələrin aparılması daxildir. Səfirlik artıq bu səfərlərin təşkilinə başlayıb.

Xəbər lenti

Xəbər lenti