...

Rafael İbrahimov: Rəsmi Bakı Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan etnik ermənilərlə danışmağa hazırdır

Siyasət Materials 4 Aprel 2006 13:57 (UTC +04:00)
Rafael İbrahimov: Rəsmi Bakı Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan etnik ermənilərlə danışmağa hazırdır

Münaqişənin nizamlanması məsələsində əsas prinsiplər Azərbaycan Konstitusiyasına əsaslanır. Bu, Azərbaycanın ərazi bütövlüyü prinsipinə riayət olunması, sərhədlərin və suverenliyin pozulmamasından ibarətdir. Bu, həmçinin, bizim əsaslandığımız beynəlxalq hüquq prinsipləridir. Trend in verdiyi məlumata görə, bu barədə BBCRussian-ın oxucularına verdiyi müsahibəsində Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov bildirib.

"Vaxta gəldikdə isə, mən onun istisnasız olaraq bütün hallarda bizim xeyrimizə işlədiyini deyə bilmərəm. Məsələ burasındadır ki, zaman ərzində böhranlı kütlə toplanır və beynəlxalq birliyin bu münaqişəyə münasibəti qərarın çıxarılması prosesinin fəallaşması tərəfinə doğru dəyişir", -deyə o bildirib. O qeyd edib ki, "həmçinin, nəzərə çarpdırmalar, rəylər də dəyişir və "ona görə də mən Azərbaycanın daha çox sərfəli mövqedə olduğunu düşünürəm. Bu münaqişə barədə həqiqətlər hər yerdə məlum olmağa başlayır".

Səfir ərazi bütövlüyünün başlıca məsələ olduğunu qeyd edib və Azərbaycanın bu başlıca prinsipdən çıxış etdiyini bildirib. "Razılaşmanın yerinə yetirilməsinə gəldikdə, əgər bu əldə olunarsa, erməni silahlı qruplaşmaları Azərbaycanın işğal olunmuş ərazilərini tərk etdikdən sonra münaqişə zonasında sülhyaratma qüvvələrinin yerləşdirilməsi ehtimal edilir. Bunun ardınca başqa yerə köçürülmüş azərbaycanlalıran qaytarılması gəlir. Azərbaycan tərəfi həmişə hər hansı ölkədən birinə sülhyaratma qüvvələrinin tərikibi məsələsini inhisarlaşdırmamaq imkanının verilməməsinin tərəfdarı kimi çıxış edib. Bizim tərəfimizdən həmişə beynəlxalq sülhyaratma qüvvələri məsələsi nəzərdən keçirilib", -deyə R.İbrahimov bildirib.

Bununla yanaşı, azərbaycanlı diplomat " hər dəfə Azərbaycan tərəfinin öz ərazi bütövlüyünün bərpası barədə qanuni tələblərindən danışarkən, bunun ermənilər tərəfindən vəziyyətin gərginləşdirilməsi kimi qəbul edildiyni" təəssüflə qeyd edib. "Azərbaycan danışıqlar aparır. Biz öz mövqeyimizdən inadla çıxış edirik və təbii ki, bizim suveren Azərbaycan ərazilərinin azad olunması məsələsində qısamüddətli, ortamüddətli və uzunmüddətli vəzifələrimiz var", -deyə o bildirib.

"Hazırda danışıqlar prosesində erməni qaçqınların Azərbaycana qaytarılması məsələsi" də müzakirə olunur",-deyə səfir əlavə edib və bu məsələnin həm erməni qaçqınlarının qaytarılması aspektində, həm də sayı bir milyona çatan azərbaycanlı qaçqınların və məcburi köçkünlərin qaytarılması planında nəzərdən keçirilməsi lazımdır. O, bizim ölkənin ərazisindəki və hazırda ermənilərin işğalı altında olan öz torpaqlarından qovulmuş köçkün şəxslərin qaytarılması kontekstində müzakirə olunur. Hərçənd ki, hələlik tərəflər nizamlanmaya dair prinsipial razılaşma əldə etmədiklərinə görə, qaçqınların və məcburi köçkünlərin təhlükəsizliyinin ardıcıllığı, yolları və formatı müəyyən edilməyəcək. Və təbii ki, onların qaytarılması üzrə prosesə başlanıla bilməz", -deyə R.İbrahimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin güzəşti artıq göz önündədir. "Biz Ermənistanla bu münaqişənin sülh yolu ilə nizamlanmasının yollarının və formatının müəyyənləşdirilməsi predmeti üzrə danışıqlar aparırıq. Bir çox illər ərzində Azərbaycan Ermənistan tərəfdən davam edən təcavüz, işğal şəraitində yaşayır".

"Rəsmi Bakı Qarabağla danışıqlardan imtina etmir və burada hər şey formatdan asılıdır", -deyə o bildirib. Onun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağda yaşayan, Azərbaycan vətəndaşları olan etnik ermənilərlə danışmağa hazırdır. Və əgər bu ermənilər, daha doğrusu, Azərbaycan vətəndaşı olan bu şəxslər bu barədə rəsmi Bakıya müraciət etsələr, Azərbaycan tərəfinin buna etiraz edəcəyini düşünmürəm. Əksinə, hətta bu dialoq Azərbaycan Konstitusiyası və ölkəmizin suverenlik prinsipi əsasında aparılarsa, bu, hətta arzuedilən ola bilər. Belə olan halda Azərbaycan bir qədər də irəli gedərək məsələni Azərbaycan dövlətinin subyektləri ilə müzakirə edə bilər. Bu prosesdə Dağlıq Qarabağın etnik icmaları, daha doğrusu, erməni və azərbaycanlı icmaları iştirak edə bilər".

Sonda R.İbrahimov Birləşmiş Krallığın münaqişə məsələsində mövqeyini şərh edib.

"Bu mövqe dəqiq müəyyən edilib. Böyük Britanyia ATƏT-in Minsk Qrupu kontekstində danışıqlar prosesini dəstəkləyir və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkə 1993-cü ildə bu təşkilat tərəfindən qəbul edilən bütün 4 qətnaməni (822, 853, 874 və 884 saylı) dəstəkləyir və hətta onlardan birinin qəbulu zamanı sədrlik edib. London danışıqlar prosesini diqqətlə izləyir və münaqişənin sülh yolu ilə tezliklə həllini dəstəkləyir. Böyük Britanyia ATƏT-in Minsk Qrupunun üzvü deyil. Britanyia hökumətinin xüsusi elçisi ser Brayan Foll mütəmadi olaraq regiona səfərlər edir və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla məsələlərin geniş spektri üzrə fikir mübadiləsi aparır. Münaqişənin lap əvvəlindən London Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb və bu mövqeyə sadiq qalıb", -deyə Azərbaycanın Böyük Britaniyadakı səfiri bildirib.

Xəbər lenti

Xəbər lenti