...

İsa Qəmbər ABŞ səfiri Rino Harnişlə görüşüb

Siyasət Materials 10 Aprel 2006 19:03 (UTC +04:00)

Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin 10-da ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişlə görüşüb. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Görüşdə demokratiya və vətəndaş cəmiyyətinin inkişafı, təkrar seçkilər, insan haqları, ikitərəfli münasibətlərin inkişafı və bir sıra regional məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə səfirliyin əməkdaşı Lora Şeybi, Müsavat başqanının müavinləri Arif Hacılı və Sülhəddin Əkbər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti